Ən son xəbərlər
Xəbərlər arxivi (aylıq)
Valyuta məzənnəsi
Müsabiqə

Sayğac
ILK-10 Azeri Website Directory
Səhifənin çap versiyası Səhifənin çap versiyası

Haqqımızda

SemSan” şirkəti 1987-ci ildə Azərbaycanın Gəncə şəhərində fəaliyyətə başlamış və az sonra müasir tipli bir zavod-fabrika yaratmışdır.

Şirkətin hədəfi yüksək keyfiyyətli plastik məhsullar, həmçinin latun fitinqlər istehsal etməkdir.

Regionda ilk yaradılan polimer-sınaq laboratoriyası istehsal edilən məhsulların yüksək keyfiyyətli olmasının qarantıdır.

Davamlılıq və keyfiyyətə, aparıcı Avropa şirkətlərinin müasir texnikasından və “Hyosung corporation” (Cənubi Koreya) şirkətinin istehsalı olan yüksək keyfiyyətli xammal hesabına nail olmuşuq. Məhsullarımızın keyfiyyətinfə dünya standartlarının bütün tələblərinə riayət olunur.

“SemSan” şirkətində istehsal olunan polipropilen (PP-RC 3) materialından hazırlanan işməli su boruları DİN 8077/78, TC 11451/11755 və AZS 064-2001 standartlarının tələblərinə tam cavab verir.

Borular toksiki, kimyəvi maddələrə qarşı davamlılığı saxlamaqla bərabər, həmçinin korroziyaya da uğramırlar.

Latun-polimer üsulu ilə “SemSan” da istehsal olunan fitinqlər vasitəsilə polipropilen borular asanlıqla metal borulara birləşdirilə bilirlər. Suvaq altı montajlarda istifadə olunurlar.

Polipropilen borular ekoloji təmiz maddələr sinfinə aiddir, həmçinin xidmət edən heyətin şəxsi təhlükəsizliyi baxımından bütün tələblərə cavab verirlər.

Borular +200 C temperatur şəraitində xidmət etmə müddəti 50 ildir.

Biz hesab edirik ki, fəaliyyətin uğurlu olmasının əsas faktoru — öz həmkar və əməkdaşlarımıza qarşı hörmət və ləyaqətli münasibətlərin qurulmasıdır.

Digər şirkətlərə nisbətən bizim üstünlüyümüz – böyük iş təcrübəmiz, formalaşmış mütəxəssislər komandası, müştərilərə müvafiq fərdi yanaşma və məhsullarımızın keyfiyyət və qiymət uyğunluğudur.

Biz şirkətimizin fəaliyyəti dövründə əldə etdiyimiz nailiyyətləri müştərilərimizin faydası üçün müvəffəqiyyətlə tətbiq edirik.

“SemSan” şirkəti Sizə təklif edir:

  • Latun və polipropilen fitinqlər, polipropilen borular.

Bizim şirkətin məqsədi – biznesin səviyyəli və işgüzarcasına aparılmasıdır!!!

Biz hər zaman işgüzar əməkdaşlığa və uzunmüddətli faydalı münasibətlərin yaradılmasına hazırıq. Müştərilərimizin və onların etibarlarının artması bizim şirkətin düzgün istiqamətdə olmasının sübutudur.

Müştərilərimizin rəylərindən göründüyü kimi, öhdəliklərimizin yerinə yetirilməsindəki məhsuliyyətli yanaşmamız,  müştərilərlə hörmətli davranışımız və sərfəli qiymətlər bizə olan müraciətlərin artmasının əsas səbəbləridir.

Bizim mütəxəssislərimiz hər zaman Sizin zövqünüzə və şəraitinizə uyğun olaraq optimal seçim üçün məsləhət və yardım etməyə hazırdılar.

Axtarış
Hava haqqında

Календарь событий
Праздники Азербайджана